LAYİHƏ BİRLİYİ AZƏRBAYCANDA

    Layihə İdarəetmə Peşəkarları Birliyi (Project Assosiation) 2016-cı ildə Moskvada təsis edilib və layihə İdarəetməsi ilə maraqlanan və rus dilində danışan hər kəsi birləşdirir. Artıq Layihə Birliyinin Azərbaycanda da geniş bir iştirakçısı var və daim artmaqdadır.

    Birliyə qoşulmaqla nəinki Şərqi Avropadakı ən böyük layihə menecerləri cəmiyyətinə qoşulacaq, həm də bir sıra maraqlı imkanlar əldə edəcəksiniz:

    • həmkarlar ilə təlim və təcrübə mübadiləsi;
    • layihələrdə iştirak etmək, təcrübə və sertifikatlar qazanmaq;
    • CV və karyeranızı inkişaf etdirmək;
    • Layihə idarəetməsində öz biznesinizi yaratmaq;
    • Komandanıza layihə rəhbərləri axtarmaq;
    • Layihə Birliyinə üzv olmaq ödənişsizdir.

    Birliyin əsas dili rus dilidir. Bununla yanaşı biz könüllülərin dəstəyi ilə Azərbaycandakı həmkarlarımıza vəsaitləri azərbaycan dilində də təqdim edirik. Birliyin rəsmi səhifəsi ilə yanaşı:

    • Facebook qrupumuz mövcutdur;
    • Linkedin səhifələrdə məlumat əldə edə bilərsiniz.

    Layihə Birliyinin Azərbaycandakı Lideri Rəşad İbrahimov. Liderlərimizin sayını artırmaqla daha çox yenilikləri gənclərə təqdim edə biləcəyik. Bizim liderlər komandamıza qatılın və layihə idaredilməsi sahəsinin ən son yeniliklərini əldə edin və paylaşın.

Rəşad İbrahimov

MBA, IPMA-B, PMO-CP, CPS

Наши исследования